Zirehli dinozavrın yeni növü tapılıb
Bu, 1865-ci ildə kəşf edilmiş Polacanthus Foxii-dən sonra adada tapılan ikinci zirehli dinozavrdır.
İnformator.az xarici KİV-ə istinadən xəbər verir ki, Vectipelta Barretti, sələfi Polacanthus Foxii-dən fərqli boyun və arxa sümüklərə malikdir. Mütəxəssislər canlının bəzi Çin ankilozavrları ilə yaxından əlaqəli olduğunu söyləyir. Onların qədim dövrlərdə Asiya və Avropa arasında dolaşdıqlarını irəli sürürlər.
Təbiət Tarixi Muzeyinin tədqiqatçısı Stuart Pond, "Təxminən 142 il ərzində Uayt adasındakı bütün ankilozavr qalıqları Polacanthus Foxii növü idi" deyə bildirib.
