Zəngilanın azad edilməsindən 5 il ötür
Bu gün Zəngilan şəhərinin işğaldan azad edilməsindən 5 il keçir.
Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum əməliyyatları nəticəsində oktyabrın 20-də Zəngilan şəhəri erməni işğalından azad edilib. Döyüşlərin 24-cü günündə Azərbaycan əsgəri Zəngilan torpaqlarına daxil olaraq düşməni geri çəkilməyə məcbur edib. Həmin gün Zəngilan rayonunun bir neçə yaşayış məntəqəsi işğaldan qurtarılıb. Tarixi xəbəri Prezident, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində bəyan edib.
Bu gün Zəngilanın azad edilməsinin 5 ili tamam olur. Bu tarix təkcə hərbi zəfərin deyil, həm də bir xalqın doğma torpaqlarına qayıdış ümidinin, milli qürurunun rəmzidir. Zəngilanın azad olunması illərlə həsrət içində yaşayan insanların yaddaşında “dönüş” və “dirçəliş” günü kimi qalır.
Bu zəfər bir daha göstərdi ki, torpaq sevgisi, inam və birlik varsa, heç bir işğal əbədi deyil.
Aişə Mustafayeva
