Vertigo xəstəliyinin əlamətləri: "Bu vitamin əksikliyindən qaynaqlanır"
Bölmə: Maraqlı › ,Tarix: 22:58 31.05.2024
Vertigonun başqa xəstəliklərin əlaməti ola biləcəyini qeyd edən Mütəxəssis Audioloq Hande Çalışkan,“Vertiqo bəzən başqa sağlamlıq əlaməti ola bilər. Məsələn, başgicəllənmə zəhərlənmə, hormonal dəyişikliklər (hamiləlik), dəmir çatışmazlığı və ya B12 vitamini çatışmazlığı hallarında da baş verə bilər. Bundan əlavə, D vitamini çatışmazlığı da başgicəllənmə əlamətlərinə səbəb ola bilər" dedi.
Yataqda çevrilərkən, qalxarkən, hətta adi telefondan istifadə edərkən başgicəllənmə ilə qarşılaşan bir çox insan var. Mütəxəssis Audioloq Hande Çalışkan, xəstə müraciətlərində tez-tez rast gəlinən bu vəziyyətin vertigo əlamətləri olanların klinikalara müraciət etməsinə səbəb olduğunu ifadə etdi. Mütəxəssis Audioloq Çalışkan, “Baş gicəllənməsi şikayətləri xəstənin ayaq üstə dayana, qusmadan qala biləcəyi, hiss etdiklərini danışa biləcəyi səviyyədədirsə, ilk addım təcili deyil. Vertiqo xalq arasında bir xəstəlik olaraq bilinir. Lakin bu bir xəstəlik deyil, bir simptom və ya əlamətdir. Daxili qulağın tarazlıq quruluşunda müxtəlif orqanizmlərin hərəkəti ilə, "Vertigo növləri arasında ən çox görülən növü olduğu üçün şikayətlərinin mövqeli vertigo xəstəliyi olduğu düşünülür" dedi.
Mənbə:CNNTürk
Aytac Kərimova