Rus ordusu Dnepropetrovsk sərhədinə çatıb?

Bölmə: Dünya › ,
Tarix: 08:31 22.05.2025

Rusiya hərbçilərinin Dnepropetrovsk vilayətinin sərhədinə çatması ilə bağlı məlumatlar həqiqətə uyğun deyil.


“İnformator.az” “Axar.az”a istinadən xəbər verir ki, bunu Dnepropetrovsk dövlət administrasiyasının rəhbəri Sergey Lısak bildirib.


"İnternetdə Rusiya qoşunlarının guya Dnepropetrovsk vilayətinin sərhədinə çatması barədə məlumatlar yayılır. Bu, saxtadır. Onlar reallığa uyğun gəlmir" , - deyə Lısak vurğulayıb.


Lısak qeyd edib ki, bu cür məlumatlar düşmən tərəfindən Dnepropetrovsk vilayətinin sakinlərini qorxutmaq, çaxnaşmaya salmaq və vəziyyətin sabitliyini pozmaq üçün qəsdən yayılıb.