ABŞ-nin Tiflislə bağlı mövqeyi formalaşmayıb - Boçorişvili

Tarix: 08:28 22.05.2025
ABŞ administrasiyası hələ Gürcüstanla bağlı aydın və formalaşan mövqeyə malik deyil.
“İnformator.az” “Axar.az”a istinadən xəbər verir ki, bu sözləri Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ABŞ Dövlət katibi Marko Rubionun Senatda rəsmi Tiflis ilə bağlı sualdan yayınmasına münasibət bildirib.
“Bu gün eşitdiklərimiz onu göstərib ki, məsələ hələ də ABŞ Dövlət katibi tərəfindən müzakirə mərhələsindədir. Yəni Birləşmiş Ştatlar regionumuzda öz milli maraqları baxımından hansı siyasəti yürütməli olduğunu müəyyən etməyib. Dövlət katibi açıq şəkildə bildirib ki, bu suala bu gün cavab verməyə hazır deyil”, - deyə M.Boçorişvili vurğulayıb.