TALESİZ BACILAR və yaxud Mirzə Cəlilin bədbəxt qızları

Bölmə: Maraqlı › ,
Tarix: 21:48 21.05.2025

1895-ci il­də Mir­zə Cə­lil Neh­rəm­li Na­ğı ki­şi­nin qı­zı Hə­li­mə xa­nım­la ev­lə­nir. Təd­qi­qat­çı­la­rın yaz­dı­ğı­na gö­rə Hə­li­mə çox sa­kit, meh­ri­ban, gü­lə­rüz və xoş­xa­siy­yət bir qa­dın imiş. Ən baş­lı­ca­sı Mir­zə Cə­li­li çox se­vir­miş. Ka­sıb, sa­də, la­kin çox meh­ri­ban bir ailə hə­ya­tı ya­şa­yan bu cüt­lü­yün 1897-ci ilin is­ti yay gün­lə­rin­də bir qız­la­rı olur. 

 

Mir­zə Cə­li­lin ana­sı Sa­ra xa­nım uşa­ğın adı­nı Mü­nəv­vər qo­yur. Mü­nəv­və­rin bir ya­şı ol­ma­dan ana­sı Hə­li­mə və­fat edir. Mü­nəv­vər ba­ba­sı Məm­məd­qu­lu ki­şi­nin və nə­nə­si Sa­ra xa­nı­mın (Mir­zə Cə­li­lin ata-ana­sı) hi­ma­yə­sin­də qa­lır...

 

Qı­zı­nı təh­sil­li gör­mək ar­zu­sun­da olan Mir­zə Cə­lil Mü­nəv­və­ri 1905-ci il­də Tif­li­sə gə­ti­rir və Mü­nəv­və­rin qız­lar gim­na­zi­ya­sı­na da­xil ol­ma­sı Mir­zə­ni çox se­vin­di­rir. 

 

1907-ci ilin iyu­nun­da Mir­zə Cə­lil Hə­mi­də xa­nım­la ev­lə­nir. Bu za­man Hə­mi­də xa­nı­mın qı­zı Mi­na Tif­lis­də qız­lar gim­na­zi­ya­sın­da oxu­yur­du. Hə­mi­də xa­nım tez-tez Tif­li­sə gə­lir, Mün­nəv­və­rə və Mi­na­ya baş çə­kir, Mü­nəv­və­rə olan bu qay­ğı, diq­qət, meh­ri­ban mü­na­si­bət Mir­zə Cə­li­li çox se­vin­di­rir­di.

 

1918-ci il. Mü­nəv­vər təh­sil­li, gö­zəl bir qız ki­mi ət­raf­da­kı­la­rın diq­qə­ti­ni çox cəlb edir­di. Bu gün­lər­də Mü­nəv­və­rə el­çi dü­şən­lər­dən bi­ri də Tif­lis­də İran kon­sullu­ğun­da iş­lə­yən za­bit İd­ris xan olur. 

Hə­mi­də xa­nım ya­zır­dı: “Ya­vər İd­ris Mir­zə Mü­nəv­və­rə el­çi dü­şür. Biz Mir­zə Cə­li­lin ra­zı­lı­ğı ol­ma­dan heç nə edə bil­məz­dik. Mir­zə Cə­lil isə Mü­zəf­fər­lə Tif­lis­də idi. Ona bir te­leq­ram vur­dum və xa­hiş et­dim ki, ra­zı­lı­ğı­nı bil­dir­sin. İki gün son­ra on­dan çox yığ­cam və im­za­sız bir ca­vab al­dım: “Ra­zı­yam”. Bun­dan son­ra oğ­lan evi­nin adam­la­rı gəl­di­lər və ni­şan gə­tir­di­lər”.  

 

Hə­mi­də xa­nı­mın xa­ti­rə­lə­rin­dən bəl­li olur ki, nə­dən­sə Mir­zə Cə­lil əv­vəl­dən bu ni­ka­hın əley­hi­nə olur. Hə­mi­də xa­nım isə hər iki gən­cin bir-bi­ri­nə olan sev­gi­si qar­şı­sın­da aciz qa­lır və hət­ta Mir­zə Cə­lil­siz to­yu edir. Bu haq­da Hə­mi­də xa­nı­mın xa­ti­rə­lə­rin­dən oxu­yu­ruq: “1919-cu ilin ya­zın­da Mü­nəv­və­rin İd­ris Mir­zə ilə toy­la­rı ol­ma­lı idi. Bir ne­çə də­fə Mir­zə Cə­li­lə te­leq­ram gön­dər­dim ki, to­ya gəl­sin. O, im­ti­na et­di, gəl­mə­di, an­caq pul və ər­zaq gön­dər­di. Mən Sə­ki­nə­nin kö­mək­li­yi ilə gə­li­nə la­zım olan bü­tün ce­hi­zi alıb ha­zır­la­dım. Da­mad to­yu Xan­kən­di­də təş­kil et­di. Gə­li­ni apar­ma­ğa Şu­şa­ya gəl­di­lər...” 

 

Çox tə­əs­süf ki, Mü­nəv­vər ər evin­də xoş­bəxt ol­ma­dı. Öv­la­dı ol­ma­dı­ğı üçün (be­lə az bir vaxt­da) ailə­də söz-söh­bət ya­ra­nır və Mü­nəv­və­ri ata evi­nə yo­la “sa­lır­lar”. Gö­rə­sən Mir­zə Cə­lil Mü­nəv­və­rin bu bəxt­siz ta­le­yi­ni əv­vəl­cə­dən duy­­muş­­du­­mu­­? Bəl­kə elə ona gö­rə də bu iz­di­va­ca ra­zı de­­yil­­di­­? Bəl­kə də ta­le­siz­lik Mü­nəv­və­rin alın ya­zı­sı idi ki, o ikin­ci ailə hə­ya­tın­da da xoş­bəxt ol­ma­dı. 

 

Mü­nəv­vər bi­rin­ci ailə­sin­dən ay­rı­lıb ata evi­nə qa­yı­dan­da ar­tıq öl­kə­də və­ziy­yət çox çə­tin idi. Azər­bay­can­da bol­şe­vik­lər si­lah gü­cü­nə ha­ki­miy­yə­ti zəbt et­miş­di­lər. Bu haq­sız­lıq­la­ra dö­zə bil­mə­yən Mir­zə Cə­lil ailə­si ilə bir­lik­də Cə­nu­bi Azər­bay­ca­na üz tu­tur. Bu­ra­da Mü­nəv­vər çox pis xəs­tə­lə­nir. O gün­lə­ri Hə­mi­də xa­nım be­lə xa­tır­la­yır­dı: “1920-ci ilin no­yabr ayı idi. Təb­riz­də bərk qar yağ­ırdı. Ailə­miz ya­man kor­luq çə­kir­di. Mü­nəv­vər ya­man xəs­tə­lən­di.  Mir­zə Cə­lil çox əsə­bi idi”. 

 

1921-ci il­də Mir­zə Cə­lil ailə­si ilə bir­lik­də Ba­kı­ya qa­yı­dır və Mü­nəv­vər Ba­kı­da tibb təh­si­li­nə yi­yə­lə­nir. Mü­nəv­və­rin bəd­bəxt ta­le­yi Hə­mi­də xa­nı­mı da na­ra­hat edir və bu iş­də özü­nü gü­nah­kar bi­lir­di. Mü­nəv­və­rin İd­ris Mir­zə ilə iz­di­va­cı­na ra­zı­lıq ver­di­yi üçün san­ki, xə­ca­lət his­si ke­çi­rir­di. 

 

Mü­nəv­vər ikin­ci də­fə Hə­mi­də xa­nı­mın bi­rin­ci ni­kah­dan olan oğ­lu Mü­zəf­fər Da­vat­da­rov­la ailə qu­rur (on­lar hə­lə ailə hə­ya­tı qur­maz­dan əv­vəl Mir­zə Cə­lil ailə­si ilə bir­lik­də Cə­nu­bi Azər­bay­ca­na ge­dən­də yol­da bir ha­di­sə baş ve­rir. Bu haq­da Hə­mi­də xa­nım xa­ti­rə­lə­rin­də ya­zır­dı: “Mü­zəf­fər də at­lı idi. O, yol­bo­yu atı­nı Mü­nəv­və­rin atı ilə ya­na­şı sü­rür, qız­la söh­bət edə-edə ge­dir­di. Bu, Mir­zə Cə­li­lin xo­şu­na gəl­mə­di. O, mə­nə ya­xın­la­şıb xə­bər­dar­lıq et­di: “Bu meh­ri­ban­çı­lıq yax­şı nə­ti­cə ver­məz. Bu­nu Mü­zəf­fə­rin nə­zə­ri­nə çat­dır”). 

 

Mü­nəv­vər­lə Mü­zəf­fə­rin iz­di­va­cı­na nə Mir­zə Cə­lil, nə də Hə­mi­də xa­nım ra­zı ol­mur. Söz­lə­rin­də qə­ti olan gənc­lər ailə qu­ra­raq Ba­kı­dan Kür­də­mi­rə kö­çür­lər. Mü­nəv­vər bu­ra­da tibb ba­cı­sı, Mü­zəf­fər isə mü­ha­sib iş­lə­yir. Mir­zə Cə­lil tez-tez on­la­ra baş cə­kir, prob­lem­lə­ri­nin həll edil­mə­sin­də gənc ailə­yə kö­mək edir. Bu ni­kah­dan da öv­la­dı ol­ma­yan Mü­nəv­vər Mir­zə Cə­lil və­fat edən­dən son­ra hə­yat yol­da­şın­dan ay­rı­lır və Nax­çı­va­na qa­yı­dır. 

Nax­çı­van­da bir za­man ata­sı­nın mü­əl­lim­lik et­di­yi Neh­rəm kən­din­də məs­kun­la­şır. Bu­ra­da həm mü­əl­lim, həm də tibb ba­cı­sı iş­lə­yən Mü­nəv­vər xa­nım bir də ailə hə­ya­tı qur­ma­ğa cə­sa­rət et­mir. Neh­rəm­də tək-tən­ha ya­şa­yan Mü­nəv­vər xa­nım 1964-cü il­də ye­ni­dən üz tu­tur Ba­kı­ya. Bu­ra­da ona qay­ğı ilə ya­na­şan ədə­biy­yat­şü­nas Əziz Mi­rəh­mə­dov və mət­bu­at­şü­nas alim Qu­lam Məm­məd­li olur.

 

Əziz mü­əl­lim Mü­nəv­vər xa­nım­dan ata­sı haq­qın­da xa­ti­rə­lə­ri­ni da­nış­ma­ğı xa­hiş edir ki, bu xa­ti­rə­lə­ri qə­lə­mə al­sın. La­kin Mü­nəv­vər xa­nı­mın qə­fil və­fat et­mə­si bu işi ya­rım­çıq qo­yur. O, 1965-ci il­də və­fat edir. Mü­nəv­vər xa­nım Ba­kı­ya gəl­mə­miş­dən əv­vəl Qu­lam Məm­məd­li Neh­rə­m gedərək onu yad edir. Bu haq­da Qu­lam mü­əl­lim mə­nə mü­sa­hi­bə­lə­rin­dən bi­rin­də da­nış­ıb. O, de­yir­di ki: “Mü­nəv­vər xa­nı­mı gö­rən­də çox qə­hər­lən­dim. Uzun il­lər əv­vəl, hə­lə Mir­zə sağ olan­da onu Ba­kı­da gör­müş­düm. Ya­ra­şıq­lı, meh­ri­ban bir xa­nım idi. San­ki o xa­nım­dan əsar-əla­mət qal­ma­yıb. Ya­şın­dan çox qo­ca gö­rü­nür­dü, xəs­tə idi. Gə­li­şi­min məq­sə­di ilə ma­raq­la­nan­da de­dim ki: “sa­də­cə, onu gör­mə­yə, ha­lı­nı sor­ma­ğa gəl­mi­şəm”. Mü­nəv­vər xa­nı­mın göz­lə­ri dol­du və as­ta­ca de­di: “Mə­ni də kim­sə yad edər­miş. Mir­zə­nin (ata­sı­nı nə­zər­də tu­tur­du Q.M.) ru­hu bu ge­cə şad ola­caq”. Mü­nəv­vər xa­nım­dan ay­rı­lar­kən xa­ti­rə ola­raq bir şə­kil çək­dir­dik. “Bax, bu o şə­kil­dir” de­yə­rək Qu­lam mü­əl­lim mə­nə bu şək­li gös­tər­di. 

Söh­bə­ti­mi­zin so­nun­da Qu­lam mü­əl­lim çox tə­əs­süf his­si ilə de­di ki: “əf­sus­lar ki, Mir­zə­nin öv­lad­la­rı xoş­bəxt ol­ma­dı. Mü­nəv­vər­lə Mi­na­nın bəxt­siz ta­le­yi Mir­zə­ni da­ha çox na­ra­hat edir­di”. 

 

Hə­mi­də xa­nı­mın İb­ra­him bəy­dən olan qı­zı Mi­na­ya Mir­zə Cə­lil hə­mi­şə qay­ğı ilə ya­naş­ıb, onun təh­sil al­ma­sın­da, ailə qur­ma­sın­da əlin­dən gə­lə­ni əsir­gə­mə­yib.. Bir söz­lə Mi­na­ya doğ­ma qı­zı Mü­nəv­vər ki­mi ya­naş­ıb. Mi­na Tif­lis Qız­lar Gim­na­zi­ya­sı­nı bi­tir­miş­dir. O, Azər­bay­can Xalq Cüm­hu­riy­yə­ti döv­rün­də Yol, Poçt və Te­leq­raf na­zi­ri­nin müa­vi­ni, mü­hən­dis Mir­zə Yu­sif Məm­məd­bə­yov­la ailə hə­ya­tı qur­ub və iki öv­la­dı ol­ub.

 

Bol­şe­vik­lə­rin ha­ki­miy­yə­ti zəbt et­mə­si bu ailə­yə də bəd­bəxt­lik gə­ti­rir. Cüm­hu­riy­yət döv­rü­nün mə­mu­ru ki­mi Mi­na xa­nı­mın əri Mir­zə Yu­si­fi bol­şe­vik­lər tə­qib et­mə­yə baş­la­yır. Bol­şe­vik­lə­rin ata­sı Mir­zə Cə­li­lə və əri­nə et­di­yi haq­sız­lıq, özü­nün xəs­tə­li­yi onu çox na­ra­hat edir­di. Əsəb­lə­ri ta­rı­ma çə­ki­lən qa­dın 1923-cü il ma­yın 18-də özü­nə qəsd edir. Bu dəh­şət­li ha­di­sə haq­qın­da Hə­mi­də xa­nım ya­zır­dı: “Mir­zə Cə­lil möv­hu­mat­çı de­yil­di, yu­xu­la­ra da inan­maz­dı, an­caq ma­yın 18-də sə­hər yu­xu­dan kef­siz dur­du və de­di ki, pis yu­xu gö­rüb. Bu yu­xu ona möh­kəm tə­sir elə­yib. O, yu­xu­sun­da can ve­rən, ölən adam, qan gör­üb..

Elə hə­min gü­nün ax­şa­mı yı­ğdım ki, Mi­na­nıgör­mə­yə ge­dim. Son vaxt­lar Mi­na çox ruh­dan düş­müş­dü. Qa­ra­ci­yər xəs­tə­li­yin­dən do­ğan ağ­rı tut­ma­la­rı var idi. Cər­ra­hi mü­da­xi­lə­yə isə ra­zı­lıq ver­mir­di, çün­ki nə­ti­cə­yə inan­mır­dı. Bil­mi­rəm, ev­də nə ol­du­sa bir az yu­ban­dım. Bu vaxt Mi­na­nın 11 yaş­lı oğ­lu dəh­şət­li bir xə­bər­lə özü­nü bi­zə ye­tir­di, de­di ki, anam özü­nü gül­lə ilə vur­du.

Mir­zə Cə­lil hey­rət için­də idi. De­mə, yu­xu­sun­da qa­nı­na qəl­tan olan və can ver­mək­də olan qı­zı­mı gö­rür­müş...”.

 

Professor Qərənfil Dünyaminqızı