İnsanların Ayda olmasının nə qədər təhlükəlidir?

Bölmə: Araşdırma › ,
Tarix: 22:14 05.06.2024

Tədqiqat çərçivəsində Çin alimləri Aydakı insanlar üçün kosmik şüalanma təhlükəsini qiymətləndiriblər.

 

Sübutlar Chang'e-4 stansiyasından istifadə etməklə əldə edilib. Araşdırma "Science Advances" jurnalında dərc olunub.

 

Nəşrin məlumatına görə, işin məqsədi Ayın insan sağlamlığı üçün təhlükəsizliyini qiymətləndirmək olub.

 

Mütəxəssislər Ayın səthində radiasiyanın təsirini ölçərək onun Yerdəkindən təxminən 200 dəfə yüksək olduğunu müəyyən ediblər. Bu məlumatlar kosmik agentliklər üçün vacibdir, çünki onlar 2024-cü ildə Aya astronavt endirməyi planlaşdırırlar.

 

Bu yaxınlarda Chang'e 5 zondu uğurla Aya eniş etdi. Onun vəzifəsi Ay torpağının şəkillərini və nümunələrini toplamaqdır. Ay torpağı sonuncu dəfə Yerə 44 il əvvəl çatdırılıb.