Sudan səhrasında 4000 illik otlaq sürülərinin petroqlifləri tapıldı
Bölmə: Araşdırma › ,Tarix: 23:18 07.06.2024
Sidneydəki Macquarie Universitetinin avstraliyalı arxeoloqları Sudanın Sahara səhrasının dərinliklərində qeyri-adi mağara rəsmləri aşkar ediblər. 4 min ildən çox yaşı olan bu sənət əsərlərində rayonun müasir arid landşaftına uyğun gəlməyən otlayan inəklər və çoxlu qayıqlar təsvir edilmişdir. Araşdırma "Journal of Egyptian Archeology" (JEA) jurnalında dərc olunub.
Alimlər qeyd ediblər ki, ən yaxın su hövzəsi Nubia gölü petroqliflərin aşkar edildiyi yerdən təxminən 100 kilometr aralıda yerləşir. Bundan əlavə, Şərqi Saharanın Atbay səhrası kimi tanınan bu hissəsi son minilliklər ərzində heyvandarlıq üçün yararsız olub.
Tədqiqatçıların fikrincə, mağara rəsmləri təxminən 5000 il əvvəl mövcud olan Afrika Rütubətli Dövr kimi tanınan dövrə aiddir. Bu zaman Sahara su ilə zəngin idi və yaşıl çəmənliklərlə örtülüb.
Arxeoloqlar petroqliflərin yaşıl sahələri səhraya çevirən və insanları Nil çayına yaxınlaşmağa məcbur edən Afrika mussonu gəlməmişdən əvvəl yaradıldığını ehtimal edirlər. Bu iqlim dəyişikliyi eramızdan əvvəl 3000-ci ildən sonra baş verdi.
Aynur Babayeva