Böyük Britaniyada illik inflyasiya 2 faizə enib

Bölmə: Dünya › ,
Tarix: 21:50 20.06.2024

Britaniya Milli Statistika İdarəsi (ONS) may ayı üçün inflyasiya rəqəmlərini açıqlayıb.

 

 Buna görə ölkədə illik inflyasiya may ayında yüzdə 2 olaraq təyin olunub. Aprel ayında inflyasiya illik bazada 2,3 faiz təşkil edib.

 

 May ayındaki enişlə illik inflyasiya İngiltərə Bankının 2 faizlik hədəfinə çatıb. 2021-ci ilin iyul ayından bəri ilk dəfə inflyasiya BOE-nin rəsmi inflyasiya hədəfi ilə eyni səviyyədə qeydə alınıb.

 

 Ərzaq qiymətlərindəki yumşalma inflyasiyanın azalmasında təsirli olsa da, yanacaq qiymətləri yüksəliş təzyiqini davam etdirib. Ölkədə enerji və ərzaq qiymətlərini nəzərə almayan baza inflyasiyası may ayında illik bazada 3,5 faizə düşüb. Aprel ayında baza inflyasiyası 3,9 faiz təşkil edib.

 

 Xidmət sektorunda inflyasiya apreldə illik 5,9 faizdən may ayında 5,7 faizə düşüb.

 

 İnflyasiya məlumatlarından sonra bütün gözlər BoE-nin sabah açıqlayacağı faiz qərarına çevrilir.

 

 BoE, 2023-cü ilin avqust ayından bəri siyasət faizini 5,25 faiz səviyyəsində sabit saxladı.

 

Banuçiçək Kalbalıyeva