AB-nin bu qərarı ölkələri böhrana sürükləyir -Slutski

Bölmə: Dünya › ,
Tarix: 23:08 18.07.2025

Avropa Birliyinin sanksiyalar paketləri Avropa ölkələrini enerji böhranına sürükləyir.


"İnformator.az" "Axar.az"a istinadən 
xəbər verir ki, bu fikri Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski AB-nin 18-ci sanksiyalar paketini şərh edərkən bildirib.


"Avropa Birliyi 18-ci antirusiya sanksiyalar paketini təsdiqləyib, onların sayı 30 minə yaxınlaşır. Tamamilə faydasızdır. Yeni sanksiyaların tətbiqi heç bir yola aparmır. Bunların hamısı Avropada bumeranqdır, qitə ölkələrini enerji böhranına sürükləyir”, - Slutski qeyd edib.