Paytaxt klubu Fransadan oyunçu alır

Tarix: 22:51 18.07.2025
“Roma” “Lans”ın yarımmüdafiəçisini heyətinə qatmaq niyyətindədir.
"İnformator.az" "İdmanxeber.az"a istinadən paytaxt klubu Neil El-Aynauinin transferində sona yaxınlaşıb. Tərəflər 25 milyon avro qarşılığında razılaşıblar.
23 yaşlı futbolçu son mövsümdə 26 oyunda iştirak edib, 8 qol vurub və 1 məhsuldar ötürmə verib.