Tələbələri sevindirəcək xəbər-Ekspert sualları cavabladı

Bölmə: Sosial › ,
Tarix: 20:35 09.07.2024

27 iyun tarixində Davamlı İnkişaf Mərkəzində Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə "VISA" beynəlxalq ödəmə texnologiyaları şirkəti  ali təhsil müəssisələrinin rəhbər heyəti üçün universitetlərdə vahid tələbə kartının yaradılması layihəsinin təqdimatını keçirib.

Vahid tələbə kartıyla tələbələr ictimai nəqliyyatda, restoran, tibb müəssisələri, geyim mağazaları, kitab evləri və s. kimi yerlərdə güzəştlər əldə  edə, həmçinin alış-veriş zamanı müvafiq kəşbeklərdən də yararlana biləcəklər.

 

 

Bakı Dövlət Universitetinin II kurs tələbəsi Vüqar Alışov  bu kartla bağlı fikirlərini bölüşüb:

 

"Metro və yerüstü nəqliyyatda qiymətlərin qaldırılması tələbələri də ciddi narahat edir. Vahid tələbə kartı mütləq şəkildə yaradılmalıdır. Elə tələbələr var ki, universitetə gəlməkdən ötrü 2,3 və daha artıq istər yeraltı, istərsə də yerüstü nəqliyyat vasitələrindən istifadə edir. Bu da maddi cəhətdən tələbələri çətin vəziyyətə salır. Buna görə də, vahid tələbə kartı yaradılmalıdır və tələbələrə xüsüsi güzəştlər olmalıdır. Düşünürəm ki, yeni tədris ilinin başlaması ilə artıq vahid tələbə kartı yaradılacaq".

 


Yaradılacaq vahid tələbə kartı yalnız ali təhsil müəssisələri üçün nəzərdə tutulub?

 


Təhsil eksperti Elçin Əfəndi
informator.az-a etdiyi açıqlamada bildirib ki, vahid tələbə kartı təkcə ali təhsil müəssisələrinin bakalavr və magistratura pilləsi üçün deyil, eyni zamanda orta-ixtisas təhsil müəssisələrinin subbakalavrları üçün də nəzərdə tutulub:

 

"Tələbə kartlarının verilməsi tələbələr üçün müsbət məqam kimi dəyərləndirilə  bilər. Təkcə ali təhsil müəssisələrinin bakalavr və magistratura  pilləsi üçün deyil, eyni zamanda orta-ixtisas təhsil müəssisələrinin subbakalavrları üçün də nəzərdə tutulub".



Ekspert qeyd edib ki, növbəti tədris ilindən etibarən tədricən vahid tələbə kartlarının verilməsi prosesi başlanacaq.

 

 

 


Lalə Qafarova