İsraildən yaralı əsgərləriylə bağlı açıqlama
Bölmə: Siyasət › ,Tarix: 22:21 09.07.2024
İsrail ordusunun internet saytında dərc edilən açıqlamada 7 oktyabr 2023-cü ildən bu yana yaralanan əsgərlərin sayı ilə bağlı məlumat paylaşılıb.
Bildirilib ki, son 24 saat ərzində 8-i Qəzza zolağında baş verən qarşıdurmalarda daha 11 İsrail əsgəri yaralanıb. Digər əsgərlərin harada yaralandığı barədə məlumat verilməyib. 7 oktyabr 2023-cü ildən bəri İsrail ordusunun 4 min 125 əsgəri yaralanıb ki, onlardan 2 min 105-i quru işğalı zamanı olub.
İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 15 min 694-ü uşaq, 10 min 279-u qadın olmaqla 38 min 243 fələstinli həyatını itirib, 88 min 33 fələstinli isə yaralanıb.Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.
Mənbə:Cnntürk
Nərgiz Orucova