“İkinci Qarabağ müharibəsindən sonra da Azərbaycanın Fransaya qarşı etimadı dəyişib”-ŞƏRH

Tarix: 00:49 02.07.2025
Fransa Prezidenti Emmanuel Makron və Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub.
Mövzu ilə bağlı “İnformator.az”a politoloq Sultan Zahidov bildirir ki, Makron açıq-aşkar ermənipərəst mövqe nümayiş etdirərək Cənubi Qafqazda balanslı şəkildə qorumağa çalışdığı siyasətini Ermənistan leyhinə birmənalı olaraq dəyişib:
“Bu həm sülh prosesinə mənfi təsir göstərir, həm də Fransanın Ermənistanın silahlanmasına kömək etməsi Cənubi Qafqazdakı sabitliyi təhlükə altına qoydu. Makronun dönəmindəki Fransanın addımlarına baxsaq, Ermənistanın saxlanılmasından tutmuş, ermənistanyönümlü qətnamələrin Fransa parlamentinin qəbul etməsi, Fransanın Azərbaycana yönəlik anti-kafadandasası, BMT Təhlükəsizlik Şurasına Anti-Azərbaycan qətnamələri çıxartmasına çalışması fonunda indi də Ermənistana açıq-aşkar köməklik göstərməsi Fransanın eyni xəttin davamçısı olduğunu göstərir. Ermənistan rəhbərliyi bunu daxili işlərə qarışmaq kimi deyil, əksinə Ermənistandakı bu sabitliyin və ”demokratiyanın” möhkəmləndirilməsi baxımından müsbət addım kimi baxır. Ona görə də buna daxili işlərə qarışmaq demək çətindir. Lakin Fransanın siyasətində dövlətlərin daxili işlərinə qarışmaq ənənəsi kifayət qədər özünü göstərib. İkinci Qarabağ müharibəsindən sonra da Azərbaycanın Fransaya qarşı etimadı dəyişib. Və indi bu etimadın düzəldilməsi üçün Fransanın sözsüz ki, imkanlar var. Amma ilk növbədə Qafqaza yönəlik siyasətin balanslı şəkildə yönəldilməsi, anti-Azərbaycan mövqedən əl çəkilməsi və eyni zamanda Ermənistanın hərbiləşməsinə yol verməmək lazımdır”.
Aysel Mirzəyeva