Yaponiyanın paytaxtında yüksək temperaturdan 6 nəfər ölüb

Bölmə: Dünya › ,
Tarix: 22:28 09.07.2024

Tokio Böyükşəhər Qubernatorluğunun Sosial Rifah və İctimai Sağlamlıq Bürosu yüksək temperaturdan ölənlərlə bağlı açıqlama verib. Müvafiq olaraq, həftəsonundan bəri paytaxt metropolunda 6 nəfər istidən ölüb.

 

Araşdırma zamanı mərhumun 80-90 yaşlarında olduğu, yaşadıqları evlərdə kondisioner olmadığı müəyyən edilib.

 

Tokio Yanğın Departamenti bildirib ki, son sutka ərzində yaşları 18-93 arasında olan 94 nəfər müxtəlif səviyyələrdə isti vurma əlamətləri ilə xəstəxanaya yerləşdirilib.Son günlər bir çox bölgə üçün etdiyi xəbərdarlıqlarda Qubernatorluq ictimaiyyətə açıq havada məşqlərdən çəkinməyi və kondisionerdən istifadə etməyi tövsiyə edir. Sosial Rifah və İctimai Sağlamlıq Bürosu iyun ayında 3 nəfərin istidən öldüyünü açıqlayıb. Yaponiya Meteorologiya Agentliyinin (JMA) məlumatına görə, həftə sonu Tokionun cənubunda yerləşən Şizuoka bu il ölkədə temperaturun 40 dərəcəni keçdiyi ilk bölgə olub.

 

Mənbə:Cnntürk

Nərgiz Orucova