"Fenerbahçe"nın hədəfi Sen-Maksimindir

Bölmə: İdman › ,
Tarix: 22:54 09.07.2024

Yeni mövsümə güclü heyətlə başlamağı hədəfləyən "Fenerbahçe" Allan Saint-Maksiminin transferini tamamlamaq istəyir. Futbolçu ilə anlaşan sarı-göylülər Əl-Əhlinin cavabını gözləyir.

 

"Fenerbahçe" sol cinah üçün transfer hədəfi Allan Saint-Maximindir. “Əl Əhli”də çıxış edən futbolçunun klubunda narazı olduğu və Səudiyyə Ərəbistanından ayrılmaq istədiyi bildirilir.

Bu hadisələr fonunda "Fenerbahçe" fransız futbolçu ilə əlaqə saxlayıb və təklifini irəli sürüb. Allan Saint-Maximin sarı-göylü komandanın təklifinə müsbət yanaşsa da, "Fenerbahçe" rəhbərliyi Əl-Əhli ilə danışıqlarını davam etdirir. Ulduz futbolçunun icarə əsasında transfer ediləcəyi gözlənilir.

 

Allan Saint-Maximin ötən mövsüm 31 matçda iştirak edib və bu matçların hamısında start 11-də yer alıb. 4 dəfə fərqlənən fransız futbolçu 9 məhsuldar ötürmə edib.

Adamı uzaqlaşdırmaq bacarığı, top texnikası və sürəti ilə seçilən Sent-Maximin sol cinahda Mourinyonun siyahısında birinci yerdədir. Ötən mövsümün əvvəlində təxminən 30 milyon avroya "Nyukasl Yunayted"dən "Əl-Əhli" klubuna transfer olunan 27 yaşlı futbolçunun klubla 2026-cı ilə qədər müqaviləsi var.

 

Vüqar Alışov