Yarımfinalda gülən tərəf "Qırmızı Furyalar" oldu

Bölmə: İdman › ,
Tarix: 01:08 10.07.2024

Avropa çempionatının ilk yarımfinal qarşılaşmasında İspaniya -Fransa oyununda "xoruzlar" 8-ci dəqiqədə hesabda önə keçsələr də, 21 və 25-ci dəqiqələr qollar vuraraq möhtəşəm geri dönüşə imza atan "matadorlar" Avro-24-ün ilk finalçısı oldu.İlk hissədə qapılara 3 qol vurulsa da 2-ci hissədə qol səsi çıxmadı.

 

Qeyd etmək lazımdır ki, 1992-ci ildə baş vermiş Hollandiya-Danimarka yarımfinal oyunundan sonra heç bir Avropa çempionatı yarımfinalında ilk hissədə 3 qol vurulmasa da, bu gün bu ənənə pozuldu.

 

Hüseyn İlyasov