Suriya və İraqın şimalında 15 terrorçu zərərsizləşdirilib

Bölmə: Dünya › ,
Tarix: 18:30 19.07.2024

Milli Müdafiə Nazirliyi İraq və Suriyanın şimalında həyata keçirilən əməliyyatlarda 15 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.

 

Milli Müdafiə Nazirliyi sosial media hesabından verdiyi açıqlamada terrorçuların qaçmaq üçün heç bir yerinin olmadığını vurğulayıb. Açıqlamada, “Qəhrəman Türk Silahlı Qüvvələrimiz İraqın şimalındakı Qara və Pəncəli bölgələrində müəyyən etdikləri 5 PKK terrorçusunu, Suriyanın şimalında isə Fərat Qalxanı və Sülh çeşməsi bölgələrində müəyyən etdikləri 10 PKK/YPG terrorçusunu zərərsizləşdirib. Harada olurlarsa olsunlar, nə olursa olsun, türk əsgərlərinin nəfəsi terrorçuların boynunda olmağa davam edəcək!" deyilib.

 

TRT Haber

Zəhra Həsənova