Selçuk Bayraktar: Tam müstəqil Türkiyə üçün Milli Texnologiya Hərəkatı

Bölmə: Dünya › ,
Tarix: 18:41 19.07.2024

Selçuk Bayraktar proqram sistemində yaşanan qlobal problemlə bağlı paylaşım edib. 

 

"Bütün dünyaya rifah yayması gözlənilən yüksək texnologiya və innovasiyalar gəlib dünya sistemini kilidləyir" deyən Bayraktar buna görə də tam müstəqil Türkiyə üçün Milli Texnologiya Hərəkatı adlandırdıqlarını sözlərinə əlavə etdi.

 

Baykar İdarə Heyətinin sədri Selçuk Bayraktar sosial media hesabında proqram sistemində yaşanan qlobal problemlə bağlı paylaşım edib:

 

“Bir əməliyyat sistemi, bir axtarış sistemi, bir və ya iki sosial media platforması, bir neçə alış-veriş saytı... Hətta onlardan yalnız birinin dağılması az qala dünyanın bütün əlaqəli dövlətlərinin kritik infrastrukturunun çökməsinə səbəb olur.

 

Buna görə də bu, tam müstəqil Türkiyə üçün Milli Texnologiya Hərəkatıdır”.

 

TRT Haber

Zəhra Həsənova