Maks Verstappenin Belçikada 10 yerlik grid cəzası aldı!

Bölmə: İdman › ,
Tarix: 18:15 26.07.2024

Hollandiyalı pilot bu il yaşadığı güc bloku problemlərinə görə cəza almaq ərəfəsində idi və "Red Bull" Spa-nın penalti üçün ən yaxşı trek olduğunu düşünürdü.

 

Təhlildən sonra Red Bull Belçika GP-də grid cəzasını çəkməyə qərar verdi və cümə günü Verstappenin daxili yanma mühərrikini əvəz etdi. Bu dəyişiklikdən sonra holland pilot 10 yerlik grid cəzası aldı

 

Digər xəbərə görə, FIA təsdiq edib ki, Yuki Tsunoda tamamilə yeni güc qurğusuna keçdiyi üçün bazar günü yarışa arxadan başlayacaq.

 

Esteban Ocon və Alex Albon da bu həftə sonu dördüncü daxili yanma mühərriki, turbo, MGU-H və MGU-K aqreqatlarına keçdilər.

 

Mənbə: Motorsport 

Məhəmməd Qasımov