Rusiyaya uzaqmənzilli raketlərlə zərbələr endirilməlidir.


"İnformator.az" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski öz “Telegram” kanalında bildirib.

 

“Onlar logistikasız qalmalıdırlar”, - siyasətçi söyləyib.

 

Bundan əlavə, Zelenski qeyd edib ki, Rusiyanın Ukraynaya zərbələri fonunda Kiyev daha çox hava hücumundan müdafiə (HHM) sistemlərinə ehtiyac duyur.

 

Bununla yanaşı, o, Rusiyaya qarşı sanksiyaların artırılmasına görə tərəfdaşlara təşəkkür edib. Zelenski, Rusiya tərəfinin sanksiyaların ölkəyə təsir etməməsi barədə bəyanatlarına aldanmamağa çağırıb.


“Onlar həqiqətən sanksiyaların təsirini hiss edirlər", - Ukrayna Prezidenti vurğulayıb.