Gənclər təşkilatı regionlarda tədbirlərini davam etdirir

Bölmə: Sosial › ,
Tarix: 11:26 30.07.2024

“ Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi 30 iyul 2024- cü il tarixində Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi ilə Salyan rayonunda “ Narkomaniya təhlükəsi barədə maarifləndirmə”   adlı tədbirini davam etdirib.   Tədbir Salyan rayon Tarix Diyarşunaslıq Muzeyində keçirilib.                                

Tədbirdə gənclər və rayon ziyalıları iştirak edib. Tədbiri giriş sözü ilə Salyan RİH- in məsul əməkdaşı Məhərrəm Məmmədov açaraq qonaqları salamladı və bu kimi tədbirlərin keçirilməsinin vacibliyini qeyd etdi. Təşkliatın icraçı drektoru və layihənin rəhbəri Tələt Qəribov narkomaniyanın cəmiyyətimizə gətirdiyi bəlalardan, cinayət hallarının çoxalmasından, xəstə uşaqların doğulmasından və baxımsız uşaqların çoxalmasından, avtoqəzaların artmasından və s. geniş məruzə ilə çıxış etdi. Rayon polis şöbəsinin əməkdaşı polis baş leytenantı Ramin Qasımov bu sahədə rayonda görülən tədblər haqqında məlumat verdi.

Rayon xəstəxanasının həkimi Nərgiz Fərzalıyeva xəstəxanada rəsmi qeydiyyatda olan narkomanlar haqqında danışdı və göstərdi ki, bu ststistika hər il az da olsa artan xətlə davam edir. Tədbirdə qonaq kimi iştirak edən “ Sağlam Həyata Doğru” İB- sədri, kimiya üzrə fəlsəfə doktoru Sadiq Həsənov narkomaniyanın gələcəyimizə, genəfonumuza vurduğu ziyanlardan ətraflı danışdı.                                                             

Salyan rayon İcra hakimiyyətinin aparıcı məsləhətçisi Sevinc Səmədova , rayon veteranlar şurasının sədri Vilayət Əsgərov, rayon ziyalılar birliyinin sədri Allahverdi Piriyev, ziyalı müəllimlərdən İbrahim Davudzadə və Məhəmməd Agayev bu mövzu ətrafında öz fikirlərini bildirdilər.  Tədbir çay süfrəsi ətrafında geniş müzakirələrdən sonra başa çatıb.