İsrailin müharibəni yaymaq səyləri, yoxsa Dünya Müharibəsinin əlamətləri?-ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 15:37 01.08.2024

Ötən gün "HƏMAS" lideri İsmayıl Haniyə İranın paytaxtı Tehrandakı iqamətgahında öldürüb. Haniyə İsrailin hava zərbəsi zamanı dünyasını dəyişib. İsmayil Haniyə ilə birlikdə İran İslam Respublikasına çox yaxın olan və eyni zamanda İsrailin düşmən elan elədiyi şəxslərin hamısı ya İranda ya da ki, İranın nəzarəti altında olan bölgələrdə İsrail tərəfindən öldürülüb. Bu qətllərdə İran tərəfi "MOSSAD"-ı günahlandırır.

 

Bəs "MOSSAD"-ın İranda bu qədər güclü olmasına səbəb nədir? 

 

Məsələni "informator.az"a şərh edən siyasi şərhçi və tarixçi Ali Satan bildirib ki, kəşfiyyat işləri gizli olduğundan "MOSSAD"-ın İranda necə güclü olduğunu bilmək olmaz:

 

"Ancaq təəssüf ki, bu və buna bənzər hadisələr əsas təhlükəsizlik zəiflikləridir. Bir ölkənin suveren hüquqlarına məhəl qoymur. Heç bir ölkə başqa ölkənin öz ölkəsində fəaliyyət göstərən kəşfiyyat işçilərini qəbul etməzdi. Təbii ki, İran böyük məsuliyyəti öz üzərinə götürüb: "Qonağını qoruya bilməmək". Bu o deməkdir ki, İran artıq heç bir dövlət xadimi üçün təhlükəsiz deyil. Lakin bütün bu hadisələrin gedişi bizə İsrailin müharibəni yaymaq səylərinin və hətta Dünya Müharibəsinin başlanmasının əlaməti kimi gəlir. Bu səbəbdən Türk Dövlətləri Təşkilatının hərbi tərəfinin mümkün qədər tez yaradılmasının zəruriliyini ortaya qoyur. Yalnız bu yolla türk dövlətləri müharibə və sülhdə həmrəylik nümayiş etdirərək öz varlıqlarını, birliklərini və sülhlərini qoruyub saxlaya bilərlər. Hər kəs çox ayıq olmalıdır".

 

Hüseyn İlyasov