Hakan Fidan HƏMAS lideri ilə görüşüb-ŞƏRH

Tarix: 22:46 03.07.2025
Türkiyənin xarici işlər naziri Hakan Fidan HƏMAS lideri Məhəmməd Dərvişin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Mövzu ilə bağlı “İnformator.az” a siyasi şərhçi Azər Həsrət bildirir ki, Hakan Fidanın HƏMAS rəhbəri ilə görüşməsi Türkiyə İsrail münasibətlərinə sözsüz ki, müsbət təsir etməyəcək:
“Çünki onsuz da münasibətlər gərgindir. Qardaş Türkiyə İsraillə məhz elə bu Həmasın tələblərinə görə heç cür anlaşa bilmir. Mən düşünürəm ki, bundan sonrakı mərhələdə Türkiyə İsrail münasibətlərini yeni müstəviyə daşımaq zərurəti var. Mümkündür ki, Hakan Fidanın Həmas lideri ilə görüşü bu məsələyə əlavə töhfə versin. Yəni artıq qardaş Türkiyəyə həmasa izah edəcək ki, sənin dirənişin əhəmiyyətsizdir. Ümumiyyətlə, sənin mövcudluğu əhəmiyyətsizdir. Bu qan gətirir, zərər gətirir. Əgər belə bir ehtimal gerçək olarsa, Türkiyə İsrail münasibətlərində yeni bir səhifə açıla bilər. Biz həmişə demişik ki, qardaş Türkiyə, ümumiyyətlə, həm Yaxın Şərq, həm Güney Qafqaz, həm Türküstan, Orta Asiya bölgəsində söz sahibidir. Yəni bunu artıq dünyanın hər yerində belə qəbul edirlər. Türkiyənin iştirakı, icazəsi bu və ya digər şəkildə məsləhəti olmadan bizim bölgəmizdə heç kim heç bir addım atmır. Problem yalnız İsraillədir. İsrail də bəllidir ki, ərəblərə görə, yəni Həmas və s. kimi təşkilatlar üzündən qardaş Türkiyə ilə üz üzə gəlir. Əslinə qalanda mən həmişə demişəm ki, İsrail Türkiyə ilə yaxın dost münasibətlərdə çox maraqlıdır. Sadəcə Türkiyənin də İslam təəssübkeşliyi, özəlliklə də Fələstin davasında birmənalı mövqeyi İsraillə münasibətlərin düzəlməsinə böyük əngəldir. Əslinə qalanda, biz ağıl verəcək durumda deyilik, amma düşünürəm ki, Azərbaycan Respublikasının İsrail-Ərəb münaqişəsinə yanaşması qardaş Türkiyə də mənimsərsə münasibətlər yaxşı müstəviyə daşına bilər. Yəni bizim üçün gərəkli, vacib olan İsraillə Türkiyə arasında münasibətlərin normallaşmasıdır. Çünki bu belə olacağı təqdirdə həm Azərbaycan, həm Türkiyə, həm də İsrail qarşılıqlı şəkildə çox ciddi şəkildə faydalana biləcəklər. İsraillə diplomatik münasibətləri saxlayıb Həmasla görüşməkdə bir problem yoxdur. Türkiyə əlbəttə ki, İsrail dövlətini tanıyır. Onunla diplomatik münasibətləri qırmır, davamlı olmasında maraqlıdır. Ona görə də hər iki dövlət arasında bu münasibətlər gərəkli səviyyədə qorunur, saxlanır. Həmasla münasibətlərə gəlincə, əslinə qalanda İsrailin də buna etirazı yoxdur ki, Türkiyə Həmasla hansısa təmaslarda olsun. İsrail də istərdi ki, elə mümkün olsa, qardaş Türkiyə Həmasla müzakirələr aparsın və bu münaqişənin dayandırılması üçün Həmasa təsir etsin. Yəni hamımız bilirik ki, İsraillə ərəblər arasında münasibətlər normallaşmaq üzrə idik. 2023-cü ilin 7 oktyabrında Həmas durub durduğu yerdə dinc insanlar insanları öldürdü, girov götürdü və s. Və bu gün də davam edən Qəzza bölgəsindəki müharibə məhz Həmasın əsəridir. Yəni İsrail də onlara cavab vermək məcburiyyətində qaldı. Bu baxımdan Türkiyənin həmasla təmasları əslinə qalanda işin xeyrinə ola bilər. Yəni Həmasa izah edilə bilər ki, sənin üzündən bax bu qədər qanlar töküldü. Qəzzanın üstü altına çevrildiyi 2 milyon yarım insan yerindən yuvasından oldu. İndi dayanmaq lazımdır. Yeri gəlmişkən, onu da əlavə edək ki, elə Qəzzanın özündə ərəblər ara sıra küçələrə çıxıb, Həmasa etiraz edirlər və çağırışlar edirlər ki, Həmas ümumiyyətlə bir terror təşkilatı olaraq ortalıqdan çəkilsin və onlar İsraillə anlaşa bilsinlər”.
Aysel Mirzəyeva