Nigeriyada vəba epidemiyası: Ölənlərin sayı 156-ya yüksəldi
Bölmə: Dünya › ,Tarix: 21:58 01.08.2024
Nigeriyada vəba epidemiyası səbəbindən həyatını itirənlərin sayının 156-ya yüksəldiyi bildirilib.
Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzi (NCDC) tərəfindən edilən açıqlamada, 15-21 iyul tarixləri arasında ölkədə 170 vəba hadisəsinin görüldüyü və epidemiyada 3 nəfərin öldüyü bildirilib.
Belə ki, açıqlamada yanvar ayından bu yana ölkədə 4 min 809 vəba hadisəsinin görüldüyü, epidemiya səbəbindən həyatını itirənlərin sayının 156-ya yüksəldiyi bildirilib.
Açıqlamada bildirilib ki, vəba ilə mübarizə çərçivəsində tibbi ləvazimatlar xəstəliyə qarşı mübarizə, infeksiyanın qarşısının alınması və nəzarət üçün ölkə daxilindəki bütün sağlamlıq mərkəzlərinə göndərilib. İyunun 26-da
Vəba epidemiyası səbəbilə "milli fövqəladə vəziyyət" elan edilən Nigeriyada ötən il 3 mindən çox vəba hadisəsi görülüb və epidemiyada 100-dən çox insan həyatını itirib.
"Vibrio" bakteriyası səbəb olur; Qida və su ilə yoluxan vəba, ishala və buna görə də orqanizmdə susuzluğa səbəb olur. Xəstəlik müalicə olunmazsa ölümcül ola bilər.
Nigeriyada təmiz suyun olmaması ilə yanaşı, effektiv tibbi müdaxilənin olmaması xəstəlik və ölüm riskini artırır. Ölkədə malyariya, poliomielit, tif və M pox virusu kimi epidemiya xəstəliklərə də tez-tez rast gəlinir.
Mənbə: NTV Haber
Zeynəb Mustafazadə