Aİ Şurası Kiyevə 4,2 milyard avro yardım ayırdı -Macarıstan sədrliyi
Bölmə: Dünya › ,Tarix: 19:03 06.08.2024
"Yazılı prosedurun başa çatması ilə Şura bu gün Ukrayna Mexanizmi çərçivəsində təxminən 4,2 milyard avro məbləğində ilk ödənişin həyata keçirilməsinə icazə verən icra qərarını qəbul edib", - sədrlik bildirib.
“Bu qərar Ukraynanın makro-maliyyə sabitliyini və dövlət idarəçiliyinin fəaliyyətini dəstəkləyir”, - deyə o əlavə edib.
Avropa Komissiyası daha əvvəl bildirmişdi ki, bu ilin sentyabrına qədər bu tranşı Ukraynaya vermək niyyətindədir.
Mənbə: TASS.com
Tərcümə etdi: Gülnisə Əfkari