Türkiyə İsrailə qarşı iddiaya qoşulmaq üçün Beynəlxalq Məhkəməyə müraciət edəcək

Bölmə: Dünya › ,
Tarix: 19:06 06.08.2024

Türkiyənin xarici işlər naziri Hakan Fidan Misirə səfərindən sonra bildirib ki, Türkiyə Cənubi Afrikanın İsrailə qarşı iddiasına qoşulmaq üçün BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etməyi planlaşdırır.

“Məhkəmədə iştirak etmək üçün İsraillə bağlı dosyemizi çərşənbə günü Beynəlxalq Ədalət Məhkəməsinə təqdim edəcəyik”, - Türkiyə xarici işlər naziri X hesabında deyib.

Türkiyənin baş diplomatı İsraili Qəzza münaqişəsini bütün regionda yaymaqda ittiham edib.

"İsrailin baş naziri Benyamin Netanyahu sülh istəmir. O, bütün regionda Qəzzada zorakılığın yayılmasını istəyir. Netanyahu hökumətinin hərəkətləri bütün dünya üçün təhlükəlidir və onların qarşısı alınmasa, bütün dünya ağır cəza ödəyəcək. Bunun qiyməti İsraili dəstəkləyənlər baş verənlərə görə məsuliyyət daşıyırlar”,- vurğulayıb.

Türkiyə məhkəmədə iştiraka icazə verilməsi üçün Haaqa məhkəməsinə sorğu göndərib. İyulun 30-da Türkiyənin ədliyyə naziri Yılmaz Tunc bildirib ki, Ankara müvafiq sənədi tərtib edib. Türkiyə İsraili Qəzza zolağında insanlığa qarşı cinayət törətməkdə ittiham edir və Netanyahu administrasiyasının məsuliyyətə cəlb olunmasını tələb edir.

Mənbə: TASS.com
Tərcümə etdi: Gülnisə Əfkari