Pezeşkiyan: "Qərb ölkələri İsrailə dəstəyi dayandırmalıdır"
Bölmə: Dünya › ,Tarix: 21:36 07.08.2024
İran prezidenti Məsud Pezeşkiyan Fransa prezidenti Emmanuel Makronla telefon danışığında bildirib ki, regionda təhlükəsizliyi təmin etmək üçün Qərb ölkələri İsraili dəstəkləməyi dayandırmalıdır.
İranın rəsmi IRNA xəbər agentliyinin məlumatına görə, İran prezidenti Məsud Pezeşkiyan və Fransa prezidenti Emmanuel Makron regional məsələləri telefonla qiymətləndiriblər.
"Əgər Qərb ölkələri regionda təhlükəsizlik probleminin qarşısını almaq istəyirlərsə, İsrailə dəstəyi dərhal dayandırmalıdırlar", - deyə Pezeşkiyan bildirib.
ABŞ və Qərb ölkələrinin İsraili törətdiyi soyqırım cinayətinə görə qınamaq əvəzinə dəstəklədiklərini bildirən Pezeşkiyan deyib: "Sionist rejim bölgədə məzlum və müdafiəsiz insanlara qarşı qətllər və terror aktları ilə yanğın törətməyə çalışır. Qəzza, eləcə də İranın rəsmi qonağı Haniyyənin öldürülməsi".
Fransa prezidenti Makron regionda gərginliyin artmasından narahatlığını bildirib.
Hüseyn İlyasov
Mənbə: Habertürk