Bekir Yunus Uçar son mənzilə yola salınıb

Bölmə: Hadisə › ,
Tarix: 20:48 26.08.2024

Ürək tutması nəticəsində dünyasını dəyişən Türkiyə Motosiklet Federasiyasının prezidenti Bəkir Yunus Uçar mərasimlə son səfərə yola salınıb.

 

51 yaşında dünyasını dəyişən Uçarın dəfn mərasimi Fatih məscidində günorta namazından sonra keçirilib.

 

Mərasimdə İstanbul valisi Davud Gül, Fatih Bələdiyyə Başçısı Mehmet Ergün Turan, Esenler Bələdiyyə Başçısı Tevfik Göksu, keçmiş xəzinə və maliyyə naziri Berat Albayrak, Kənan Sofuoğlu, ailəsi və yaxınları iştirak edib.

 

TRT Haber

Zəhra Həsənova