İsveçdə gözlənilməz istefa! Siyasətdən getdi

Bölmə: Dünya › ,
Tarix: 22:38 04.09.2024

İsveçin xarici işlər naziri Tobias Billström gələn həftə tutduğu vəzifədən istefa verəcəyini açıqlayıb. Billström də siyasətdən tamamilə ayrılacağını açıqlayıb.

 

İsveç xarici işlər naziri Tobias Billström sosial media hesabından verdiyi açıqlamada istefa verəcəyini açıqlayıb. Billström dedi:

 

 "Bu gün baş nazirə gələn həftə görüşəcəyimizi söylədim, kədər və qürur qarışığı hisslərlə".

 

“İSVEÇ nəhayət NATO-ya daxil oldu”

 

İstefa qərarını yüngül qəbul etmədiyini bildirən Billström, son 25 ildə 10-u nazir olmaqla, fərqli vəzifələr götürdüyünü ifadə edərək, “Bu iki ildə əldə etdiyimizdən nailiyyətlərdən çox məmnunam. Öncəliklə uzun və çətin bir müddətdən sonra nəhayət İsveç NATO-ya daxil olmağı bacardı".-dedi

 

Mövcud hökumətin İkinci Dünya Müharibəsindən sonra İsveçin təhlükəsizlik siyasətində tarixi bir dəyişiklik etdiyini ifadə edən Billström, “Rusiyanın genişlənməsinə qarşı durmaq üçün uzunmüddətli politika ortaya qoyduq. Orta Şərqdə də durum ciddidir və İsveç , ABŞ və digər ölkələrlə birlikdə durumu düzəltmək üçün çalışırıq. Uzun müddətdə tək çözüm 2 dövlətin arasındadır".-dedi.

 

Mənbə: CNN TÜRK 

Aslanova Fatimə