Ermənistan COP29-un keçirilməsinə mane olmaq istəyir?-ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 18:53 06.09.2024

Artıq bir neçə gündür ki, Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozmağa başlayıb. Hətta yaxın günlərdə Basarkeçər rayonunun Yuxarı Zağalı yaşayış məntəqəsi istiqamətindəki mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Zivel yaşayış məntəqəsini atıcı silahlardan atəşə tutub. Bölmələrimiz adekvat cavab tədbirləri həyata keçirib.

Ermənistan bununla nə demək istəyir?

Sözü gedən məsələni  bağlı Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov "İnformator.az"a şərh edib. O bildirib ki, bu, Ermənistanın atdığı yeni addımlardan deyil:

"Sülhə bu qədər yaxın olduğumuz dönəmdə yenidən atəş açmağa başlayıblar. Uzun müddət idi ki, silahlar susurdu. Ermənistan 2-ci Qarabağ münaqişəsindən əvvəl də atəşkəsi pozan tərəf olub. Onlar Avropa İttifaqının missiyası adı altında yerləşən Fransa, Almaniya və digər dövlətlərin hərbiçilərindən, polis işçilərindən ruhlanırlar. Qarşıdan "COP 29" adlı tədbirimiz gəlir. Bu tədbirin başlaması dönəmində belə addımların atılması qarşı tərəfin ikiüzlülüyündən xəbər verir. Qarşı tərəf çalışır ki, beynəlxalq ictimaiyyətdə Azərbaycana qarşı fikir formalaşdırsınlar və "COP 29"un keçirilməsinə mane olsunlar. Biz Ermənistanla Cənubi Qafqaz regionunda sülh istəyirik. Ermənistan sülhə gəlməyə məcburdur. Əgər bu prosesdə yanlış addım atacaqsa, yekunda ağır zərbələr alacaq".

İlahə Həsənova