ABŞ Rusiyaya qarşı sanksiyaları digər ölkələrə tətbiq etmək istəyirdi
Bölmə: Dünya › ,Tarix: 23:18 16.09.2024
Amerika hakimiyyəti Moskvaya məhdudiyyətlərdən yayınmaq üçün mexanizmlər tapmağa kömək edən ölkələrə anti-Rusiya sanksiyalarının genişləndirilməsi üzərində işləməyi planlaşdırır. RİA Novosti yazır ki, bu barədə ABŞ prezidentinin milli iqtisadiyyat üzrə müşaviri Lael Braynard danışıb.
“Dinamik olmaq çox vacibdir. Özəl sektor yeniliklər etməkdə və alternativ yollar tapmaqda çox bacarıqlıdır. Ona görə də ticarət dəyişikliyi kimi sanksiyalarımızı irəlilətməyə davam etməliyik”, - o, Rusiya Federasiyasına qarşı sanksiyaların tətbiqini şərh edərkən qeyd edib.
Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ- nin sanksiyalarını şərh edərkən bildirib ki, Amerika hakimiyyəti Rusiyanı sıxışdırmaq üçün hər şeyə qadirdir. O, əlavə edib ki, ABŞ-ın məhdudlaşdırıcı tədbirləri dəliliklə sərhəddi.
Sentyabrın 13-də Vaşinqton RİA Novosti, RT, Ruptly və Sputnik kimi KİV-lərin daxil olduğu “Rossiya Seqodnya” media qrupuna və onun baş direktoru Dmitri Kiselevə qarşı sanksiyalar tətbiq edib. Ölkənin Maliyyə Nazirliyi media qrupu ilə bütün maliyyə əlaqələrini noyabrın 13-dək başa çatdırmağı əmr edib.
Öz növbəsində “The New York Times” Rusiyanın “Russia Today” media qrupunun fəaliyyətinin ABŞ-ı çoxdan qıcıqlandırdığını yazıb.
Banuçiçək Kalbalıyeva