Qızartı, qaşınma, yanma! Həm uşaqlarda, həm də böyüklərdə müşahidə olunur

Bölmə: Sosial › ,
Tarix: 23:38 16.09.2024

Xalq arasında qırmızı göz xəstəliyi kimi tanınan konjonktivit həm uşaqlarda, həm də böyüklərdə ən çox rast gəlinən göz xəstəliklərindən biridir. Göz həkimi xəstəliyin adının infeksiyalar səbəbiylə gözlərin qanamasından gəldiyini paylaşdı. Dr. Burcu Usta Uslu göz infeksiyasından qorunmağın 6 yolunu açıqlayıb.

 

ƏLAMƏTLƏRİ İZLƏNMƏLİDİR

 

Oftalmoloq deyir ki, konjonktivitin ən çox görülən səbəbləri arasında bakterial və ya viral infeksiyalar və allergik reaksiyalar var. Dr. Burcu Usta Uslu, "Göz qızartıları bir çox səbəbə görə yarana bilər, ancaq infeksiyadan qaynaqlanan qızartı varsa, onun yoluxması və müalicəsi ilə bağlı çox diqqətli olmaq lazımdır, bu səbəbdən əlamətləri yaxından izləmək lazımdır" deyə xəbərdarlıq edib.

 

Op. Dr. Burcu Usta Uslu insandan insana və ya bir gözdən digərinə asanlıqla keçə bilən bir xəstəlik olan konyunktivitdən qorunmaq üçün alına biləcək tədbirləri sadaladı:

 

1- Xüsusilə günəşli günlərdə gün eynəyisiz çölə çıxmayın.

 

2- Kənardan gələn kimi əllərinizi və üzünüzü qıcıqlandırmadan ən az 20 saniyə sürtməklə yuyun, hətta mümkünsə vanna qəbul edin.

 

3- Gözlərinizə vaxtaşırı soyuq kompreslər çəkin.

 

4- Konservantsız, soyudulmuş süni göz yaşlarından istifadə edərək göz quruluğunun qarşısını alın.

 

5- Həkiminizlə məsləhətləşin və antihistamin, steroid və ya kortizon və ya siklosporin kimi immunomodulyator göz damcılarından istifadə edin.

 

6- Heç vaxt gözlərinizi cızmayın və ya ovuşdurmayın, çünki bu həm buynuz qişaya zərər verərək keratokonus riskini, həm də ikincil çirklənmə yolu ilə infeksiya riskini artıracaq.

 

Mənbə: Pembe Nar 

Aslanova Fatimə