"Heç bir qüvvə İsraili dayandırmaq gücünə malik deyil"-POLİTOLOQDAN ŞƏRH
Bölmə: Siyasət › ,Tarix: 23:34 23.09.2024
BMT Baş Assambleyası İsraildən BMT məhkəməsinin qərarına əməl etməyi və işğal olunan Fələstin ərazisini tərk etməyi tələb edən qətnamə qəbul edib.
BMT Baş Assambleyasının qəbul etdiyi qətnamədə göstərilir ki, İsrail ordusu işğal olunan Fələstin ərazilərindən 12 ay ərzində çıxarılmalıdır. Qətnamə 124 səslə qəbul edilib.
BMT Baş Assambleyasının qəbul etdiyi qətnaməni digər qətnamələrin taleyi gözləyirmi ?
Mövzu ilə bağlı “informator.az”a açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki, indiyə qədər İsrail Fələstin münaqişəsi ilə bağlı yüzlərlə qətnamə qəbul olunsa da, onların heç biri həyata keçməyib:
“Bu qətnaməni də məhz əvvəlki qətnamələrin taleyi gözləyir. İsrail öz məqsədlərinə çatmadan hər hansı kompromisə getmək niyyətində deyil və bunu açıq şəkildə bəyan edib. Heç bir qüvvə İsraili dayandırmaq gücünə malik deyil. Qaldı ki, İsrail cəsarətini ABŞ-dan alırmı ? ABŞ və əksər qərb ölkələri İsrailin müttəfiqləridir. Xüsusilə ABŞ üçün İsrailin müdafiəsi və təhlükəsizliyinin təmin olumması, hər zaman əhəmiyyətli mövzu olub. Qəzza zolağı və Hizbullaha qarşı aparılan əməliyyatlar bunun sübutudur”.
Zəhra Məmmədova