Türkiyə və Ermənistan Prezidentlərinin Nyu-Yorkda qapalı görüşü-ŞƏRH
Bölmə: Siyasət › ,Tarix: 20:42 25.09.2024
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.
Mətbuata qapalı keçirilən görüşlə bağlı hələlik heç bir açıqlama verilməyib.
Görüşdə Türkiyə-Ermənistan münasibətlərinə necə təsir edəcək?
Məsələni "informator.az"a şərh edən siyasi şərhçi Turab Rzayev qeyd edir ki, Türkiyə ilə Ermənistan arasında uzun zamandır siyasi yaxınlaşma müşahidə edilir:
"Bir tərəfdən Türkiyə Ermənistanla sərhədləri açmağı planlaşdırır, digər tərəfdən Ermənistan iqtisadiyyatın bərpa olunmasına çalışır.
Əslində Azərbaycan da bu münasibətlərin normallaşmasına qarşı deyil, eyni zamanda Azərbaycan özüdə Ermənistanla iqtisadi əlaqələrin yaradılacağı, nəqliyyat xətlərinin açılacağını elan edib. Ancaq burda Azərbaycanı maraqlandıran məsələ odur ki, Azərbaycanla koordinasiyalı şəkildə etsin.Türkiyə tərəfi də bununla bağlı Azərbaycana açıqlamalar verib ki, Türkiyə Ermənistanla münasibəti Azərbaycanla koordinasiyalı olaraq həyata keçirəcək".
Fidan Fərhadlı