Hepatit B və C virusu daşıyıcıları hərbi xidmətə göndərilməlidir?
Bölmə: Sosial › ,Tarix: 11:54 26.09.2024
Son günlərdə hepatit B və hepatit C viruslarına yoluxan şəxslərin hərbi xidmətə yararalı olub-olmaması müzakirə mövzusuna çevrilib.
Bu xəstəlik bir insandan digər insana rahatlıqla yoluxa bilərmi?
Mövzu ilə bağlı "informator.az"a danışan Terapevt Gülnar Quliyeva bildirib ki, hepatit C virusuna yoluxma xəstənin qani ilə kontaktda mümkündür:
"Hepatit B virusuna isə xəstənin qanından əlavə ifrazatı, seliyi, təri vasitəsilə, həmçinin məişət yolu ilə də yoluxma baş verir.
Tövsiyələrdə daşıyıcılar 3 aydan bir qara ciyər sınaqlarını ve virus miqdarını yoxlamalıdır, dəyişiklik, artım müşahidə edilirsə, müalicə başlanır. Əgər bunlar hərbi xidmətdə yoxlanmazsa çox təhlükəlidir. Digərlərinə yoluxma baş verə bilər".
Elnurə Kərimova