Azərbaycan tarixinə qızıl hərflərlə yazılan 27 Sentyabr...
Bölmə: Sosial › ,Tarix: 18:00 27.09.2024
"27 Aentyabr anım günü hesab edilən 44 günlük vətən müharibəsinin başlanması, təbii ki, Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb".
Bu sözləri "informator.az"a müsahibəsində Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov söyləyib. Politoloq 30 ilə yaxın dövrdə torpaqlarımızın işğal altında olmasından danışıb:
"Hər birimiz bilirik ki, 30 ilə yaxın müddətdə torpaqlarımız işğal altda olub. Bəzi güclərin Ermənistanın arxasında durduğuna görə Azərbaycan l Qarabağ müharibəsində məğlubiyyətə uğrayıb, 20 faiz ərazisini itirib. Bu problemi həll etmədən azərbaycanlıların normal həyata dönməsi qeyri-mümkündür. Ölkəmiz natamam idi və biz daim itirdiyimiz torpaqların həsrəti ilə yaşayırdıq. Dövlətimiz və xalqımız yaralı idi. Biz bu məsələnin sülh yolu ilə həllinə çalışırdıq, amma qarşı tərəf sülh üçün bir addım belə atmadı. ATƏT-in MİNSK qrupu adı ilə nəticəsiz səfərlər edən, danışıqlar aparan qurum heç bir real nəticə ortaya qiymadığından anladıq ki, bu yol bizi heç bir uğura aparmayacaq. Azərbaycan tərəfi isə əlindən gələni etdi və ll Qarabağ müharibəsi reallaşdı. Azərbaycan ərazisində işğala son qoyuldu.
Azərbaycan Ağdam, Laçın və Kəlbəcərin və 4 anklav kəndin silah istifadə edilmədən azad olunmasına nail olduq".
Ekspert əlavə edib ki, artıq 27 sentyabrı 4-cü ildir ki, Azərbaycan xalqı anım günü kimi qeyd edir:
"Bu tarix düşmənin kapitulyasiyasının, məğlubiyyətinin ilk səhifəsidir.
Biz əminliklə deyə bilərikki keçmiş münaqişə heç vaxt danışıqlarla yolunu tapmazdı, çünki hazırdada Ermənistan sülh danışıqlarından yayınır. Artıq Azərbaycan ərazi bütövlüyünə naildir və bu da onun beynəlxalq arenada nüfuzunun artmasına kömək edir. Azərbaycanla hərbi, o cümlədən də müxtəlif istiqamətlərdə əməmdaşlıq etmək istəyənlərin sayı günü gündən artır. Münaqişə səhifələri artıq geridə qalıb, amma hələdə bu münaqişələri geri qaytarmaq istəyənlər var. Məhz həmin qüvvələrdir ki, Ermənsitanla birləşərək Azərbaycana qarşı münaqişə törədirlər. Artıq müharibə geridə qalıb, biz istəyimizə nail olmuşuq və sülh istəyirik. Ermənsitan sülh istəmirsə bu onların problemidir. Bizim sülhsevərliyimiz, uğurlarımız isə statusumuzun güclənməsinə gətirib çıxardı".
Fidan Fərhadlı