Xəstəlik yox, genetik fərqlilik adlandırılan daun sindromu-Psixoloq AÇIQLAYIR
Bölmə: Sosial › ,Tarix: 21:38 27.09.2024
Daun sindromu insanın 21-ci xromosomunda uyğunsuzluqla əlaqədar olaraq yaranan genetik bir xəstəlikdir. İnsan orqanizmi 46 xromosomdan ibarətdir. Lakin daun sindromlu insanlarda xromosom sayı 47 olur. Bu isə insanın həm fiziki, həm də zehni inkişafında pozğunluqlarla nəticələnir.
Bəs, daun sindromunun əlamətləri nələrdir?
Mövzuyla bağlı psixoloq Ezgi Şahin "informator.az"a açıqlama verib. Psixoloq xəstəliyin əlamətlərindən danışıb:
"Daun sindromu xromosom sayının çoxluğundan əmələ gəlir. Yəni, insanda 1 xromosom sayı çoxdursa o zaman daun sinromu yaranır. Son texnologiyaya əsasən daun sindromu ana bəthində bilinir. Valideyndən asılı olaraq yaxud həkimin məsləhəti ilə bu halın qarşısı alınır. Bu halın qarşısının alınmasının sayı artığına görə son zamanlar daun sindromlu insanlara az rast gəlinir. Ana bəthində olan körpənin barmaqlarının balaca olması, boyun tərəfinin qalın olması kimi nümunələr körpənin daun sinromlu olub olmadığını bəlli edir. Əsasən daun sindromlu insanların gözləri çəkik, dillər isə dodaqlara nəzərən böyük olur. Bir çox daun sindromlu insanlar bir-birilərinə bənzəyirlər. Danışanda azca pəltəklik, inkişaflarında zəiflik olur".
Ezgi Şahin əlavə edib ki, daun sindromunun dərəcələri var:
"Ağır və mozaik(yüngül)dərəcələrdir. Xəstəliyin ağır yaxud mozaik yəni yüngül formada olduğunu biz psixoloqlar bilirik. Mozaik formalı daun sindromlu insanlar daha fəaldırlar. Onlar məktəbə gedə bilir, işləyə bilir, normal həyatlarına davam edə bilirlər. Bəziləri inadkar olurlar. Daun sindromlu insanın ən əsas xüsusiyyəti inadkar olmağı və sosiallıqda bəzi problemlərin olmağıdır. Bu tip uşaqları mütləq psixoloq və pedaqoqa və ya sosial ola biləcəyi məkanlara təşviq etmək lazımdır. Sosial məkanlar idman, uşaqların birlikdə olduğu qrup terapiyaları ola bilər".
Zeynəb Mustafazadə