Mobil telefonlarda kiber müdaxilələrin qarşısını necə almalıyıq? -AÇIQLAMA
Bölmə: Maraqlı › ,Tarix: 09:52 02.10.2024
Mobil telefonlara kiber müdaxilə olunaraq bank hesablarındakı pullar oğurlanır. Son günlərdə sosial şəbəkələrdə bu cür şikayətlərə çox rast gəlinir.
Bəs bu halların qarşısını necə almaq olar?
Mövzu ilə bağlı Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası-nın İdarə Heyətinin sədri Elvin Abbasov "informator.az"a açıqlamasında bildirib ki, son günlərdə bir çox insanların mobil telefonlarına kiber müdaxilə müşahidə olunur:
"Buna əsas səbəb kənar mənbələrdən app story, google market play proqramlarından deyildə, kənar mənbələrdən yüklənən apklar yəni, RAT virusları (zərərli yazılımlar) yoluxmuş fayllardan yüklənən mobil tətbiqlərdə telefonlara kiber müdaxilə müşahidə olunur. Bu kiber müdaxilə nəticəsində insanların mobil bank tətbiqlərinə müdaxilə olunur. Oradan maliyyə vəsaitləri oğurlana bilir. Bunun qarşısını almaq üçün rəsmi mənbədən (app story, google market play) başqa heç bir kənar saytlardan sms vasitəsi ilə sizə göndərilən mobil tətbiq fayllarını istifadə etməyin. Orada zərərli yazılımlar vasitəsi ilə telefonunuza kiber müdaxilə oluna bilər. Həmçinin sizin şəxsi məlumatlarınız ələ keçirilə bilər".
Elnurə Kərimova