Bruno Fernandes Kadıköydə olmayacaq!
Bölmə: İdman › ,Tarix: 22:48 04.10.2024
UEFA Avropa Liqasının ikinci həftəsində “Mançester Yunayted”in “Porto” ilə səfər matçında qırmızı vərəqə alan Bruno Fernandes İngiltərə komandasının “Fənərbaxça”nı qəbul edəcəyi matçda cəzalı olduğu üçün İstanbulda meydanda ola bilməyəcək.
UEFA Avropa Liqasının ikinci həftəsində "Fənərbaxça"nın rəqiblərindən olan "Mançester Yunayted" "Porto" ilə qarşılaşıb 2:0 önə keçib və 3-3 bərabərə qalıb.
Böyük həyəcana şahidlik edən qarşılaşmada “Mançester Yunayted” 7-ci dəqiqədə Markus Reşfordla önə keçib. İngilis nəhəngi 20-ci dəqiqədə Rasmus Hojlundun qolu ilə hesabı 2-0-a çatdırsa da, 27-ci dəqiqədə Pepenin, 34-50-ci dəqiqələrdə Samu Omorodionun vurduğu qolların qarşısını ala bilməyib və hesab 3-2-yə çatıb. Mançester Yunayted 90+1. Dəqiqədə Harri Maquayr hesabı 3-3-ə çatdırıb və tərəflər meydanı 1 xalla tərk ediblər.
Digər tərəfdən İngiltərə təmsilçisi Bruno Fernandes 81-ci dəqiqədə qırmızı vərəqə alaraq oyundan kənarda qalıb. İlk sarı vərəqəsini 32-ci dəqiqədə, ikinci sarı vərəqəni isə 81-ci dəqiqədə görən Bruno Fernandes növbəti həftə cəzalanıb.
Oktyabrın 24-də növbəti Avropa matçında təmsilçimiz "Fənərbaxça" ilə qarşılaşacaq İngiltərə təmsilçisi Bruno Fernandes aldığı qırmızı vərəqə səbəbindən İstanbulda oynaya bilməyəcək.
"Mançester Yunayted"in heyətində 242 matçda qırmızı vərəqə görməyən Bruno Fernandes son iki matçda qırmızı vərəqə alıb.
Mənbə: Hürriyet
Fatimə Abdulrəhimli