Qalatasarayda yeni güc Hakim Ziyeç! Okan Buruk qərarını verib!

Bölmə: İdman › ,
Tarix: 10:54 14.10.2024

Milli fasilədə "Qalatasaray"ın ən əhəmiyyətli qazancı Hakim Ziyeç olub. Mərakeşli ulduzla bağlı qərarını baş məşqçi Okan Buruk verib.

 

Zədəli olan və hazır olmadığı üçün ölkəsinin millisinin düşərgəsinə qatılmayan mərakeşli futbolçu bu müddətdə Floryada çalışıb.

 

Gündən-günə yaxşılaşan və özünü tapan təcrübəli futbolçunun bu durumu məmnunluq yaradıb. Məşq performansını yaxşı görən ulduz futbolçunu baş məşqçi Okan Buruk matçlar başlayan kimi dəyərləndirməyə qərar verdiyi bildirilib.

 

Təcrübəli oyunçunun Mertensin formada olmadığı zaman 10 nömrə kimi və ya ön cəbhədə cinah rotasiyasında istifadə ediləcəyi bildirilib.

 

Ziyeçin durumu ilə bağlı Okan Buruk, “Ziyeç yaxşı oyunçu olmaqla yanaşı komanda yoldaşları ilə uyğundur. O, əslində düşərgədə yaxşı başlamışdı, lakin Milli Komandada zədə aldı. İndi yaxşı başladı, istəklidir. O, forma yarışında effektiv çıxış edəcək. O, əslində hücumçunun arxasında da oynaya bilən bir oyunçudur" dedi.

 

Mənbə: Milliyet 

Fatimə Abdulrəhimli