Beşiktaş üçün pis xəbər! Ulduz futbolçu millidə zədələnib..

Tarix: 09:11 16.10.2024
UEFA Millətlər Liqasının C qrupunda Kosovo və Cənubi Kipr milliləri üz-üzə gəlib. Matçın ilk yarısında "Beşiktaş"ın ulduz futbolçusu Milot Raşica zədələndikdən sonra oyunu davam etdirə bilməyib.
UEFA Millətlər C Liqasının 2-ci Qrupunun 4-cü həftəsində Kosovo və Cənubi Kipr milliləri üz-üzə gəlib. Muslija 16-cı dəqiqədə zədələnən Milot Raşicanın yerinə oyuna daxil olub.
Milot Raşica Kosovo Milli Komandası ilə 59 rəsmi oyun keçirib. Ulduz futbolçu sözügedən yarışlarda 12 qol vurub, 17 məhsuldar ötürmə edib.
Mənbə: Milliyet
Fatimə Abdulrəhimli