Argentinada Messidən çətin qırılan rekord!

Bölmə: İdman › ,
Tarix: 10:20 16.10.2024

Argentina Cənubi Amerika Dünya Çempionatının seçmə mərhələsində Boliviya ilə qarşılaşıb. Qol yağışında Messi çətin qırılan rekorda imza atıb.

 

Argentina meydandan 6-0 qalib ayrılıb.

 

Argentinaya qələbə qazandıran qolları 19, 84 və 86-cı dəqiqələrdə Lionel Messi, 43-cü dəqiqədə Lautaro Martinez, 45-ci dəqiqədə Julian Alvares və 70-ci dəqiqədə Tiaqo Almada vurub.

 

Qarşılaşmada het-trik edən Messi də 2 məhsuldar ötürmə edərək ümumilikdə 5 qola töhfə verib. Bu nəticədən sonra Argentina qrupda xalını 22-yə yüksəldi. Boliviya 12 xalda qalıb.

 

Argentinalı ulduz beynəlxalq matçlarda ən çox het-trik edən (10) futbolçu olub. Matçdan sonra o, karyerası ilə bağlı sualı belə cavablandırıb; "Gələcəyim üçün heç bir tarix təyin etməmişəm, sadəcə, hər şeydən həzz almaq istəyirəm. Burada olmaq, insanların sevgisini və dəstəyini hiss etmək mənə həmişəkindən daha çox təsir edir, çünki bilirəm ki, bunlar mənim son matçlarım ola bilər. Bunlar məni motivasiya edir. Mən Yaşıma baxmayaraq bu komandada çox rahat olduğum üçün özümü uşaq kimi hiss edirəm".

 

Mənbə: Milliyet 

Fatimə Abdulrəhimli