Real Madriddə Ançelottidən Mabppe açıqlaması!

Bölmə: İdman › ,
Tarix: 20:41 18.10.2024

"Real"ın baş məşqçisi Karlo Ançelotti media mənsublarının Mbappe ilə bağlı suallarını cavablandırıb.

 

Real Madrid sabah La Liqada "Selta Viqo" ilə qarşılaşacaq. “Bənövşəyi-ağlar”ın baş məşqçisi Karlo Ançelotti bu matçın mətbuat konfransında media mənsublarının suallarını cavablandırıb. İclasda diqqət çəkən məsələ komandanın ulduz adı Kilian Mbappe ilə bağlı son inkişaflar olub.

 

Fransalı ulduz zədəli olduğu üçün millidə yer almayıb. İsveçin paytaxtı Stokholmda milli fasilə səbəbindən istirahət gününü keçirən Mbappeyə qarşı zorlama ittihamı irəli sürülüb. Futbolçunun Stokholmda qaldığı oteldə yoxlamalar aparılıb və ulduz futbolçu iddiaları təkzib edib.

 

Karlo Ançelottinin bu məsələ ilə bağlı fikirləri: 'Mbappenin İsveç səfəri haqqında nə düşünürsünüz? O, sizə gedəcəyini söylədi? ondan soruşdular. İtaliyalı məşqçi bu suala belə cavab verib: "İstirahət günləri onun üçün nəzərdə tutulub və sonra hər kəs nə etmək istədiyini özü seçir. Ona görə də iki gün Londona getdim və heç kimdən icazə almadım. Oyunçuların səyahətlərini təşkil edən səyahət agentliyim yoxdur".

 

Mənbə: Milliyet 

Fatimə Abdulrəhimli