"Barselona" "Sevilya"ya qarşı fərq yaratdı!

Tarix: 13:50 21.10.2024
La Liqanın 10-cu həftəsində "Barselona" "Sevilya"nı 5:1 hesabı ilə məğlub edib.
"Barselona"nın qollarını 24 və 39-cu dəqiqələrdə Robert Levandovski, 28-ci dəqiqədə Pedri və 82 və 89-cu dəqiqələrdə Pablo Torre vurub. Stanis İdumbo 87-ci dəqiqədə "Sevilya"nın qapısından top keçirib.
Bu nəticədən sonra "Barselona" xallarını 27-yə yüksəldib. "Sevilya" 12 xalda qalıb.
Mənbə: Milliyet
Fatimə Abdulrəhimli