Kerem Aktürkoğlundan Beşiktaş cavabı! Osimhen etirafı: Biz heyrətlə baxdıq!

Bölmə: İdman › ,
Tarix: 16:39 22.10.2024

"Benfika"nın formasını geyinən Kerem Aktürkoğlu "Qalatasaray" - "Beşiktaş" arasında keçiriləcək derbidən əvvəl danışıb.

Viktor Osimhenin "Antalyaspor"a vurduğu qola da toxunan Kerem Aktürkoğlu, "Viktor Osimhenin qolu çox gözəl idi. Biz də sizin kimi heyrətlə izlədik. Təbii ki, onun kimi böyük futbolçu ilə oynamaq istərdim" dedi.

Futbolu buraxdıqdan sonra məşqçi olmaq istədiyini bildirən Kerem Aktürkoğlu, "Gələcəkdə məşqçi olmağı düşünürəm, amma həddindən artıq düşünmürəm. Bəlkə də futbol oynadığım üçündür" dedi.

"Qalatasaray - Beşiktaş derbisində nə olacaq" sualına Kərəm Aktürkoğlu "Təbii ki, Qalatasaray qalib gələcək. Bizim istədiyimiz də budur" cavabını verib.

Mauro İkardinin "Qalatasaray"dakı çıxışı ilə bağlı danışan Kerem Aktürkoğlu, "İkardi qaldığı yerdən davam edir. Ümid edirəm ki, hər şey daha yaxşı olacaq. Ümid edirəm ki, "Qalatasaray" uğurlu olacaq, belə də olacaq. Mən də sizin kimi azarkeşiyəm".

Mənbə: Milliyet
Fatimə Abdulrəhimli