Ryan Kentdən Fənərbaxçaya CAS şoku! Həqiqət üzə çıxır!

Bölmə: İdman › ,
Tarix: 21:07 22.10.2024

Fənərbaxça ilə müqaviləsi bir müddət əvvəl ləğv edilən Rayan Kentlə bağlı CAS həqiqəti üzə çıxıb.

Kent ona şans verilmədiyi üçün CAS-a müraciət etməyə hazırlaşıb.

İsmail Kartaldan sonra Rayan Kent Joze Mourinyo dönəmində komandadan uzaq qalıb və təkbaşına məşqlərə davam edib. İngilis oyunçu bu vəziyyəti CAS-a çatdırmaq qərarına gəlib.

O, Kentin bu hərəkətinə cavab olaraq "Fənərbaxça"nın futbolçu ilə müqaviləni pozduğunu iddia edib. "Fənərbaxça" "Peşəkar Futbol A Komandasının oyunçularından olan Rayan Kent ilə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib" deyə açıqlama verib.

İngiltərə komandalarından başqa Kent üçün Hollandiya və Səudiyyə Ərəbistanından da təkliflərin olduğu bildirilib.

2023-cü ildə “Fənərbaxça”nın heyətinə qatılan ingilis futbolçu sarı-göylü formada 19 matçda forma geyinib və 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Mənbə: Milliyet
Fatimə Abdulrəhimli