Mauro İkardi "Qalatasaray" tarixinə düşdü!

Bölmə: İdman › ,
Tarix: 20:43 23.10.2024

Mauro İkardi UEFA Avropa Liqasında "Qalatasaray"ın "Elfsborq"a qarşı oyununda vurduğu qolla klub tarixinə düşüb.

"Qalatasaray" karyerasında 61-ci qolunu vuran Mauro İkardi Milan Barosu yaxaladı və "Qalatasaray" tarixində ən çox qol vuran 2-ci əcnəbi futbolçu olub.

Baş məşqçi Okan Buruk Trendyol Superliqasında son "Onvo Antalyaspor" matçında ilk 11-də 3 məcburi dəyişiklik edib.

Təcrübəli çalışdırıcı səfərdə 3:0 hesabı ilə qalib gəldikləri "Antalyaspor", "Elfsborq"la cəzalı olduğu üçün, İsmayıl Yakobs zədə səbəbindən, Roland Sallai ilə matçda start heyətinə təyin etdiyi qapıçı Fernando Musleradan yararlana bilməyib. onun adı UEFA siyahısına salınmayıb.

Buruk bu futbolçuların yerinə Günay Güvenç, Barış Alper Yılmaz və Viktor Osimheni oynayıb.

"Qalatasaray"ın hücumçuları Mauro İkardi və Viktor Osimhen bu mövsüm ikinci dəfə birlikdə matça çıxıblar.

Son 2 mövsümdə sarı-qırmızılı komandanın çempionluğuna ciddi töhfə verən İkardi və bu mövsüm heyətdə yer alan Osimhen Super Liqanın 7-ci həftəsində Kasımpaşa matçında ilk 11-də forma geyinib.

UEFA prezidenti Aleksander Çeferin "Qalatasaray" - "Elfsborq" matçını tribunadan izləyib. Matçdan əvvəl İstanbula gələn Ceferini Türkiyə Futbol Federasiyasının prezidenti İbrahim Hacıosmanoğlu müşayiət edib.

Ceferin və Hacıosmanoğlu RAMS Parkda sarı-qırmızılı klubun başçısı Dursun Özbek tərəfindən qarşılanıb.

Mənbə: Milliyet
Fatimə Abdulrəhimli