Halil Umut Melerin idarə etdiyi matçda Kerem Aktürkoğlu qol vursa da, xal qazanmağa kifayət etməyib

Bölmə: İdman › ,
Tarix: 21:06 24.10.2024

Türkiyəli hakim Halil Umut Melerin idarə etdiyi matçda qolu Kerem Aktürkoğlu vursa da, "Benfika" 3-1 hesabı ilə məğlub olaraq meydanı tərk edib.

Çempionlar Liqasında evdə "Feyenoord"u qəbul edən "Benfika" Hollandiya komandasına 3:1 hesabı ilə uduzub. Portuqaliya yığmasının yeganə qolunu 66-cı dəqiqədə Kerem Aktürkoğlu vurub. Vurduğu qolla Çempionlar Liqasında 3 qola çatan Kerem bu il Çempionlar Liqasında oynadığı bütün matçlarda qol vurmağı bacarıb. Benfikadakı matça ilk 11-də başlayan digər milli futbolçumuz Orkun Kökçü 72-ci dəqiqədə Renato Sançeslə əvəzlənib.

Bu məğlubiyyətlə Portuqaliyanın "Benfika" komandası Çempionlar Liqasında ilk məğlubiyyətini alıb və 6 xalda qalıb. Feyenoord bu qələbə ilə xalını 6-ya yüksəldi.
Digər tərəfdən matçın baş hakimi Halil Umut Meler matçda 3 dəfə sarı vərəqə üçün müraciət edib.

Meler 39-cu dəqiqədə "Feyenoord"un yarımmüdafiəçisi Timberə sarı vərəqə göstərib, matçın əlavə vaxtında isə Amduni və Renato Sançesə verib.

Mənbə: Hürriyet
Fatimə Abdulrəhimli