Gənclər arasında kiberzorakılıq halları ARTIR: Çıxış yolu nədir?-RƏY

Bölmə: Sosial › ,
Tarix: 20:00 28.10.2024

Dünyada uşaq və gənclərin beşdə biri kiberzorakılıq hallarına məruz qalır. Uşaq və yeniyetmələri nifrət ruhuna və zorakı davranışlara təhrik edən sosial şəbəkələr arasında ilk sırada 77 faizlə vatsap yer alıb. Sonrakı yerlərdə tiktok (57 faiz), snapçat (50 faiz) və instaqram (45 faiz) dayanır.

Cəmiyyətdə bu kimi halların artmasında əsas səbəblər nələrdir?

Mövzu ilə bağlı Sosioloq Üzeyir Şəfiyev "informator.az"a açıqlamasında bildirir ki, uşaq və yeniyetmələrin sosiallaşması üçün ailə institutu, bağça və məktəblər böyük rol oynayır:

"Ancaq bütün bunlardan da güclü təsir etmə imkanı olan kütləvi informasiya vasitələri və sosial şəbəkə platformalarıdır. Bu baxımdan biz düşünməliyik sosial medianin nə dərəcədə sağlam bir mühiti var. Eyni zamanda fikirləşməliyik ki, sosial mediada əxlaqa və hüquqa zidd davranışların qarşısını necə ala bilərik və s.  Çox əfsuslar olsun ki, biz sosial platformalarda bunların qarşısını ala bilmirik. Filtirzasiya edə bilmirik".

Sosioloq deyir ki, ölkəmizdə sosial şəbəkə fəaliyyətini tənzimləyən qanuna ehtiyac var:

"Necə ki, Avropa ölkələrində bu fəaliyyətini davam etdirir. Eləcə də qardaş Türkiyədə belə bir qanun var. Sosial informasiya şəbəkələri mövzular üzrə kontent təhlil edəndə biz görürük ki, orda daha çox kriminal və sarı informasiyalar geniş yer alır. Bu informasiyalar jurnalist mövqeyi olmadan sərgilənir hətta kriminal aləmin insanları qəhrəmanlaşdırılır. Psixologiyası bərkiməmiş uşaqlar və gənclər həmin bu informasiyaları qəbul edəndə artıq onlara bu mənfi təsir göstərir. Beləcə sosial platformalar özləri də bilmədən uşaqların psixologiyasına mənfi təsir göstərirlər".

Sevinc Zeynalova